cabir

cabir Məşhurlar 22-11-2024, 20:10

Rasim Balayevin səhhəti necədir? - AÇIQLAMA

Rasim Balayevin səhhəti necədir? - AÇIQLAMA
Xalq artisti Rasim Balayev səhhətindən söz açıb. Sun.Az olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Qonaqcanlı" verilişində müsahibəsində danışıb.

76 yaşlı R. Balayev bildirib ki, müalicələrinin davam etdirir:

"Dostlarım zəng edir ki, necəsən? Cavab verirəm ki, babatam. Deyirlər, bir dəfə də denən yaxşıyam. Deyirəm, yaxşıyam getdi. Bir az ayağımda probldem var. "Babək", "Dədə Qorqud" və bir türk filmində çəkilənsə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi. Sonra özünü göstərdi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Əsəbi sıxır və sol ayağıma vurur. Tez-tez fizoterapiyaya gedirəm. Deyirlər qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur. Əsas odur ruh cavan olsun. Ruhum cavandı, amma cismim qocalıb. Cismim 77, ruh yaşım 25-dir".

Qeyd edək ki, R.Balayev yay aylarında ayağından əməliyyat olunduğunu açıqlamışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 262 209 191 178 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.