HASANLY

HASANLY İdman 26-11-2024, 12:13

Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir

Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir
"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanını tərk edə bilər.

Loading.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanındakı karyerasından sonra "Real Madrid"ə keçmək arzusundadır.

Neymar yaxşı münasibətdə olduğu Vinisius Junior və Kilian Mbappe ilə eyni komandada oynamaq istəyir.

Xatırladaq ki, 32 yaşlı vinger bu mövsüm cəmi iki oyunda meydana çıxıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Futbolçunun hazırkı klubu ilə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" internet portalında verilən məlumata görə, 32 yaşlı hücumçunun bazar dəyəri 30 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 241 175 191 187 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.