cabir

cabir Xəbərlər 28-11-2024, 11:16

Lazeroloqluqdan həkimliyə - Ülviyyə İlyasova kimdir?

Lazeroloqluqdan həkimliyə - Ülviyyə İlyasova kimdir?
Ülviyyə İlyasovanın 35 yaşlı Bəsti Hacıyevanı liposaksiya əməliyyatı etdikdən sonra vəziyyətinin pisləşdiyi bildirilir. Həmçinin Aktrisa Mila Bekova da Ülviyyə İlyasovanın etdiyi əməliyyatdan sonra səhhətində ciddi problemlər yarandığını, bədəninə çirk yığıldığını deyib.

Ülviyyə İlyasovanın 2il öncə lazeroloq kimi fəaliyyət göstərdiyi məlum olub. Bunu onun əvvəl müştərisi olmuş şəxslər təsdiqləyib. Sun.Az Ülviyyə İlyasova ilə əlaqə saxlayıb.

Həmin şəxs əvvəlcə Ülviyyə xanımın yaxını olduğunu, bu nömrəni Ülviyyə İlyasovanın artıq istifadə etmədiyini deyib. O bildirib ki, jurnalistin sualını Ülviyyə xanıma çatdırmağa hazırdır. Lakin sualı eşidəndən sonra Ülviyyə xanımı tanımadığını, bu nömrənin ona satıldığını deyib.

Qeyd edək ki, Ülviyyə İlyasova efirdə artıq həkim kimi fəaliyyət göstərmədiyini desə də, aktrisa Mila Bekova bunun yalan olduğunu qeyd edib.

Ülviyyə İlyasova bu ilin aprel ayında eltisi Səbirə Vəliyevanı əməliyyat etdikdən sonra ölüb.

Şəbnəm Lətifi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 183 137 141 179 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.