HASANLY

HASANLY İdman 29-11-2024, 22:23

Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi

Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun "Ən-Nəsr" - "Damak" qarşılaşması başa çatıb.

Loading.Az xəbər verir ki, oyun Ər-Riyaddakı "Əl Avval Park" stadionunda baş tutub. Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

17-ci dəqiqədə "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu 11 metrlik zərbə ilə qarşılaşmada hesabı açıb. 80-ci dəqiqədə o, dubla imza atıb.

"Ən-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində üçüncü yerdədir. Komanda 12 görüşdə 25 xal toplayıb. "Damak" 14 xal toplayıb və 11-ci yerdə qərarlaşıb. "Əl İttihad" 11 oyundan sonra 30 xalla birinci yerdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 254 206 257 238 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.