cabir

cabir Xəbərlər 1-12-2024, 13:37

Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRT

Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRT
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO "çətiri altına" alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib. Sun.Az xəbər verir ki, bu barədə o, "Sky News"a müsahibəsində deyib.

"Müharibənin qaynar mərhələsini dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO-nun "çətiri altına" almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar mərhələsini dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO-ya üzv olmaq üçün müraciət edə bilərik", - Zelenski qeyd edib.

Bundan sonra Ukrayna lideri, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir ideyanı yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.

Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. "Strana" nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 193 168 132 186 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.