HASANLY

HASANLY Xəbərlər 2-12-2024, 11:29

DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər

DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər
Vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir.

Xezerxeber bildirir ki, son vaxtlar "WhatsApp" yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.

Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.

Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar "WhatsApp" hesabınızı ələ keçirə bilərlər.

Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda "WhatsApp" və bənzəri messencer tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.

Ətraflı süjetdə:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 224 177 154 169 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.