HASANLY

HASANLY Xəbərlər 2-12-2024, 12:06

"Volkswagen"in işçiləri ixtisarlara qarşı tətil elan ediblər

"Volkswagen"in işçiləri ixtisarlara qarşı tətil elan ediblər
"Volkswagen" avtomobil konserninin işçiləri Almaniyada iş yerlərinin ixtisarına qarşı dekabrın 2-də tətil elan ediblər.

Loading.Az xəbər verir ki, bu barədə "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya federal torpağındakı nümayəndəsi Torsten Qröger məlumat verib.

"Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri olacaq", - o qeyd edib.

Almaniyanın "Volkswagen" avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da onminlərlə iş yerini ixtisar etmək niyyətindədir. Ölkədə şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 194 191 172 171 152

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.