Mochi resepti
Bu gün sizə çox maraqlı, şirin-şəkər, Yapon desserti olan "Mochi" 🍡 reseptini paylaşacam. 🥰 Bu reseptlə 5 ədəd Mochi alınır. Keçək reseptə.
Xəmir:
100 qram düyü unu
50 qram şəkər kirşanı
180 ml su
Boya
Qarğıdalı nişastası
Un, şəkər kirşanı, su və boyanı bir qabın içində qarışdırın. Qabın üzərini streçlə örtüb, streçin üzərində bıçaqla xırda deşiklər açın. Mikrodalğalı sobada 45 saniyə bişirin. Çıxarıb yaxşıca qarışdırın və yenidən 45 saniyə bişirin. Bir daha çıxarıb 20 saniyə daha bişirin. Streçi açıb, son dəfə qarışdırın, qoyun soyusun. Qarğıdalı nişastasının üzərinə xəmiri boşaldın. Uzun forma verib, 5 eyni hissəyə bölün.
İçlik:
150 qram krem pendir
1 xörək qaşığı şəkər kirşanı
Çiyələk
Krem pendir və şəkər kirşanını qarışdırın. Xəmiri əlinizin içində açıb, pendir qoyun, üzərinə çiyələyi yerləşdirin. Xəmirin ağzını büküb, yumru forma verin. Bu qədər 🥰 Sınayacaqlara nuş olsun 🤍