“Şimal maralı” peçenyesi
Xəmir:
Kərə yağı 130 q
Üyüdülmüş qəhvəyi şəkər tozu 125 q
Duz bir çimdik
Yumurta 1 ədəd (55 q)
Vanilin
Un 200 q
Kakao 30 q
Qabartma tozu 4 q
Soda 1 q
Kərə yağını əridin. Qəhvəyi şəkər tozunu kofe üyüdəndən keçirin və kərə yağının üzərinə əlavə edin. Vençiklə yaxşıca qarışdırın. Üzərinə vanilin və yumurtanı əlavə edib yenidən qarışdırın. Quru inqredientləri qarışdırın və ələkdən keçirib duru inqredientlərin üzərinə əlavə edin. Əlinizlə yüngülcə yoğurun. Ələ yapışan xəmir alınır. Üzərini streçləyib bir saat soyuducuda saxlayın. 1 saat sonra sobanı 170C-də qızdırın. Xəmiri soyuducudan çıxarıb, xəmirdən 6 ədəd eyni çəkili (90 qramlıq) toplar düzəldin. Yağlı kağız sərilmiş soba listinə aralı şəkildə düzün. 15 dəqiqə bişirin. Bişmiş, isti qurabiyələrin ortasında dairəvi bir şeylə boşluq açın. Qoyun tam soyusun. Bu arada qanaşı hazırlayın.
Qanaj:
Südlü şokolad 90 q
33%li qaymaq 50 q
Kərə yağı 8 q
Hər üçünü bir qaba alıb mikrodalğalı sobada əridin. Tam əriyənədək yaxşıca qarışdırın. Soyuducuda saxlayın.
Bəzəmək üçün:
Duzlu krendelki - 12 ədəd
M&M's qırmızı rəngdə - 6 ədəd
Gözlər - bunu özüm ağ və qara şokoladdan hazırlamışdım
Qanaşı qurabiyənin ortasındakı boşluğa bir qaşıqla səliqəli şəkildə tökün. Bir az soyuducuda saxlayın. Sonra göz, qulaq və burunu üzərinə yerləşdirin. Bir az dincəldikdən sonra nuş edə bilərsiniz☺️ Uşaqlar çox sevəcək. Mütləq sınayın🤍







