HASANLY

HASANLY Xəbərlər 16-12-2024, 00:50

Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü qəzada öldü

Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü qəzada öldü
Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobil dərəyə aşıb.

Loading.Az "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Şamil Zehyəddin oğlu Orucov ölüb.

Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara tibbi yardım göstərilir.

Qəza nəticəsində dünyasını dəyişən şəxs, Şamil Orucov Xaçmazda tanınan iş adamıdır. O, Xaçmazda yerləşən "Daş bazarı və "Mal bazarı" kimi tanınan bazarların sahibi olub.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
237 177 209 149 186 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.