HASANLY

HASANLY Xəbərlər 16-12-2024, 16:22

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü SAXLANILDI

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü SAXLANILDI
Bakının Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, E.Şərifovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.

Qeyd edək ki, gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan VAZ-21074 markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 205 149 137 182 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.