cabir

cabir Xəbərlər 16-12-2024, 17:30

"Məni heç bir qüvvə ədəbiyyatdan kənar sala bilməz"- Elnarə Akimova

"Məni heç bir qüvvə ədəbiyyatdan kənar sala bilməz"- Elnarə Akimova
"Harada təmsil olunmuşamsa ora böyük missiya kimi baxmışam. Mən düşünürəm ki, işin böyüyü, kiçiyi yoxdur. Könül verib, qəlb verib, böyük əmək sərf etməklə bütün işləri uğurla həll edəcəyimə inanıram. Bu həyatda bizə havalə olunan missiyanı layiqincə yerinə yetirməliyik".

Bunu Sun.Az -a müsahibəsində Milli Məclisinin deputatı Elnarə Akimova bildirib.

O, qeyd edib ki, uşaq ədəbiyyatı sahəsinə gəlincəsə yazarlar kitab mətnlərində illüstrasiyalara xüsusi diqqət yetirməlidir. Hər bir əsər onların yaş predmentinə uyğun seçilməlidir. Onun satışı və yayım mexanizmi, ucqarlarda olan uşaqlara çatması diqqətdə saxlanılmalıdır:

"Bizdə regional yayımla bağlı çətinliklər var. Paytaxda yaşayan uşaqlar yeni çapdan çıxmış əsərləri əldə edə bilsələr də, ucaqlarda yaşayan uşaqlar bundan məhrumdur.
Bu gün uşaq ədəbiyyatının bəzi nümunələrində onlar üçün zərərli məlumatlı kitablar çapdan çıxır. Açıq-saçıq ifadələr "uşaq ədəbiyyatı" adı altında nəşr edilir. Buna görə də, ədəbiyyatda nəzarət mexanizmi sistemi formalaşdırılmalıdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 241 196 144 189 160

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.