ice berg

ice berg Texnologiya 17-12-2024, 09:00

“Apple”ın qatlana bilən “iPad” modeli 2028-ci ildə çəxacaq

“Apple”ın qatlana bilən “iPad” modeli 2028-ci ildə çəxacaq
“Apple” 2028-ci ildə qatlanan “iPad” buraxmağı planlaşdırır.

Loading.aZ xəbər verir ki, “Apple” qatlanan cihazlar dünyasına iddialı bir giriş etməyə hazırlaşır.

Sızan məlumatlara görə, “Apple” nəhəng qatlana bilən “iPad” üzərində işləyir. Bu cihaz 2028-ci ildə buraxıla bilər.

“Apple”ın qatlana bilən “iPad”ı açıldıqda demək olar ki, 20 düymlük böyük ekrana sahib olacaq.

İki “iPad Pro” ölçülü ekranın birləşməsindən ibarət olacaq bu cihaz daşınma qabiliyyəti və böyük ekranı birlikdə təqdim edəcək.

“Apple”, qatlana bilən ekranlarda qırış probleminin həllinə diqqət yetirir. Şirkət Samsung kimi rəqiblərindən fərqli olaraq, demək olar ki, görünməz bir qırış əldə etməyi hədəfləyir.

Qatlana bilən “iPad”ın hansı əməliyyat sistemindən istifadə edəcəyi hələ məlum deyil. Bununla belə, onun “iPadOS” və ya “macOS” əsaslı əməliyyat sistemi olacağı gözlənilir.

Cihazın “Apple Pencil” kimi “iPad” aksesuarlarını dəstəkləməsi və “macOS” proqramlarını işlədə bilməsi də mümkündür.

“Apple” qatlanan “iPad” ilə yanaşı, qatlana bilən “iPhone” modelləri üzərində də işləyir. “Apple”ın qatlanan “iPhone” modelinin 2026-cı ildən əvvəl buraxılması gözlənilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 317 265 312 296 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.