HASANLY

HASANLY Xəbərlər 17-12-2024, 21:36

Dəməşq hava limanının xüsusi icazə ilə fəaliyyəti dekabrın 24-dək uzadılıb

Dəməşq hava limanının xüsusi icazə ilə fəaliyyəti dekabrın 24-dək uzadılıb
Dəməşq beynəlxalq hava limanının xüsusi icazə ilə təyyarələrin qəbulu və uçuşu üzrə fəaliyyəti 24 dekabr axşamına qədər uzadılıb.

Loading.Az "Report"a istinadən xəbər verir ki, bu barədə hava limanının dispetçerləri tərəfindən yayılan NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatında bildirilib.

"Mülki aviasiya nəzarət orqanının xüsusi icazəsi ilə həyata keçirilən uçuşlar istisna olmaqla, Dəməşq hava limanından və hava limanına bütün uçuşlar ləğv edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, məhdudiyyət müddəti dekabrın 24-ü ümumdünya vaxtı ilə saat 20:00-dək qüvvədə olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 198 171 145 162 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.