ice berg

ice berg Məşhurlar 19-12-2024, 08:00

Adelin sevilən mahnısı bütün dünyada qadağan edildi

Adelin sevilən mahnısı bütün dünyada qadağan edildi
Braziliya məhkəməsi britaniyalı müğənni Adelin "Million Years Ago" mahnısının bütün dünyada yayımlanmasını qadağan edib.

Loading.aZ xəbər verir ki, qadağa bəstəkar Toninyo Geraesin plagiat iddiası əsasında qəbul edilib.

O, Adeli Martinyo da Vilanın 1996-cı il "Mulheres" mahnısının musiqisindən istifadə etməkdə ittiham edir.

Qərara əsasən, "Sony" və "Universal" şirkətləri mahnının yayımını və kommersiyalaşdırılmasını dərhal dayandırmalı və buna əməl etmədikləri təqdirdə hər pozuntu üçün 8 min dollar cərimə ödəməli olacaqlar.

Bəstəkar həmçinin Adeldən və musiqi şirkətlərindən 160 min dollar təzminat tələb edir. Şirkətlər bu qərara qarşı apellyasiya şikayəti verə bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 269 208 196 198 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.