amon

amon Xəbərlər 18-12-2024, 21:29

Ağ Ev: Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur

Ağ Ev: Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur
ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın NATO-ya dəvət olunma şansı yoxdur; bu məsələyə artıq növbəti Amerika lideri Donald Tramp baxacaq.

“LoaDinG.Az” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.

“Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci ildə həllinə nail oluna bilinəcək münaqişənin həlli üzrə danışıqları düşünərək yaxın bir neçə ay ərzində Ukraynanın NATO-ya üzvlük məsələsi ilə necə məşğul olacağı söhbət mövzusudur”, - Karpenter deyib.

Bundan əlavə, o vurğulayıb ki, Ukraynanın alyansa qoşulması üçün onun ərazisində bütün döyüş əməliyyatları sonlandırılmalıdır.

“Hazırda 32 üzvün hamısının razılığı yoxdur, alyansda dəvətin verilməsi üçün konsensusa malik deyilik”, - Ağ Evin nümayəndəsi söyləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 215 207 180 175 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.