amon

amon Xəbərlər 18-12-2024, 21:30

Bitkoin 3 %-ə yaxın ucuzlaşıb

Bitkoin 3 %-ə yaxın ucuzlaşıb
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb.

“LoaDinG.Az” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzlaşaraq 103,581 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 53 milyard ABŞ dolları həddinə enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,34 % azalaraq 3,856 min ABŞ dolları olub.

İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “XRP”dir (7,02 % azalıb).

Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,21 % azalaraq 3,62 trilyon ABŞ dollarına düşüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
232 190 202 198 212 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.