HASANLY

HASANLY İdman 19-12-2024, 11:38

"Formula-1" komandasının rəhbərinə orden və fəxri ad verildi

"Formula-1" komandasının rəhbərinə orden və fəxri ad verildi
Böyük Britaniya kralı III Çarlz avtoidmana verdiyi töhfəyə görə Avstriyanın "Red Bull" "Formula-1" komandasının rəhbəri Kristian Horneri Britaniya İmperiyasının III dərəcəli ordeni ilə təltif edib.

Loading.Az xəbər verir ki, bu barədə Championat.com məlumat yayıb.

"Formula-1" komandasının rəhbəri ordenlə yanaşı Britaniya İmperiyasının Komandoru tituluna da layiq görülüb.

"Bukingem sarayında orden və fəxri ad almağım məni dərindən təsirləndirdi. "Red Bull"da keçirdiyimiz 20 ildən artıq müddətdə biz misilsiz uğur qazanmışıq: səkkiz çempionluq, altı Mühəndislər Kuboku, 122 Qran-pri qələbəsi və s. Ailəmin sevgisi və dəstəyi, Milton Kins zavodunda işləməyə davam edən hər kəsin inanılmaz əməyi olmadan bu mükafat mümkün olmazdı. Təşəkkür edirəm", - Horner sosial şəbəkədəki səhifəsində yazıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 284 233 277 239 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.