HASANLY

HASANLY Xəbərlər 20-12-2024, 10:48

Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb

Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb
İnsan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən P.Diddinin məhkəmədə növbəti dinləməsi keçirilib.

Loading.Az-ın super.ru-ya istinadla verdiyi məlumata görə, iclasda iştirak edən jurnalist Elizabet Millner məşhur rep ifaçısı və prodüserin görünüşü haqqında şok təfərrüatı bölüşüb.

Onun sözlərinə görə, Diddi heyrətləndirici dərəcədə arıqlamış və kədərli görünüb.

"O, inanılmaz dərəcədə arıqlamış görünürdü ki, bu da federal həbsxanada bir neçə ay keçirdiyini nəzərə alsaq, gözlənilən idi. Bundan əlavə, jurnalist qeyd edib ki, Diddinin saçları nəzərəçarpacaq dərəcədə ağarıb və onun görünüşü yorğunluq və tükənmədən xəbər verir. Onun görünüşü əvvəlki zəngin həyat tərzindəkindən çox fərqlənir", - deyə Millner bildirib.

Nəşrin məlumatına görə, jurnalistlər kameralarla iclasa buraxılmayıblar, ona görə də, foto və video təsdiq olmadan sözlərə inanmaq lazım gəlir.

"Nyu-Yorkun ən sərt və amansız həbsxanalarından birində üç ay, hətta nüfuzlu musiqi maqnatını da sarsıda bilər", - deyə insayderlər bildirirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 203 136 211 170 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.