HASANLY

HASANLY İdman 20-12-2024, 13:12

"Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib

"Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün qış çempionu müəyyənləşib, "Qarabağ" 2024-cü ilin son turu ərəfəsində qış fasiləsinə lider kimi yollanacağını təmin edib.

Loading.Az Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu, III turdan təxirə salınmış "Şamaxı" - "Qarabağ" matçından sonra dəqiqləşib.

1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri xallarının sayını 44-ə çatdırıblar. Ən yaxın izləyicisi "Araz-Naxçıvan"la xal fərqini 5-ə çatdıran Ağdam klubu ili lider kimi başa vuracaq.

Bununla da "Qarabağ" ardıcıl 4-cü, tarixində 11-ci dəfə qış çempionu olub. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərinin ilk hissəsini də zirvədə tamamlayıb. "Neftçi" doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), "Kəpəz" (1993/94, 1997/98, 1998/99) və "Şamaxı" (2008/09, 2009/10, 2012/13) hərəyə üç, "Xəzri" (1995/96), "Şəmkir" (1999/2000), "Karvan" (2005/06), "Xəzər Lənkəran" (2006/07) və "Şüvəlan"ın (2007/08) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 298 181 203 241 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.