HASANLY

HASANLY Xəbərlər 20-12-2024, 15:34

Azər Badamov: "Avropa Parlamentində cəmləşmiş riyakarlar yuvasının dağılması labüddür"

Azər Badamov: "Avropa Parlamentində cəmləşmiş riyakarlar yuvasının dağılması labüddür"
"İsveçrə parlamentinin aşağı palatasında qəbul olunan anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu anti-Azərbaycan və islamofob bir qətnamə qəbul edərək ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir".

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Fransa və erməni lobbisinin təsiri altına düşən Qərb cəbhəsini narahat edən əsas məsələ Azərbaycanın öz suverenliyini təmin etməsi, müstəqil siyasət yürütməsi, COP29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir:

"Əslində Avropa Parlamentində bir azca ədalət olsaydı, ilk növbədə Avropanın mərkəzində yerləşən Fransanın diktator fəaliyyətindən, Makron hakimiyyətinin 21-ci əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalanmasından danışardı. Təəssüf ki, bu baş vermir. Hesab edirəm ki, Avropa Parlamentində cəmləşmiş riyakarlar yuvasının dağılması və dünyada yaşayan bütün insanların dinindən, irqindən asılı olmayaraq, hamının hüquqları bərabər olduğu bir dünya birliyinin yaranacağı labüddür".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 191 182 194 160 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.