72 yaşlı qadın gənclərə ilham oldu
Türkiyənin Muğla bölgəsində yaşayan Günay Karadaş gənclərə örnək olub. Sun.Az türk mediasına istinadən xəbər verir ki, 72 yaşlı Günay xanım əlləri ilə hazırladığı bişirdiyi xəmir xörəklərini və inəklərindən sağdığı südlə hazırladığı məhsulları sosial şəbəkədəki səhifəsindən sifariş alaraq satır. Karataş sosial şəbəkədə "Günay xala" adı ilə səhifə açıb və onun hesabının 76 min 600 nəfər izləyicisi var. Mesaj vasitəsilə sifariş alan Günay Karataş təbii məhsulları müştərilərinə çatdırmaqdan xoşbəxtdir.






