ice berg

ice berg Xəbərlər 20-12-2024, 23:31

Tramp NATO ölkələrinin müdafiə xərclərini artıracağını gözləyir

Tramp NATO ölkələrinin müdafiə xərclərini artıracağını gözləyir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası NATO üzvlərinə bildirib ki, andiçmə mərasimindən sonra yeni Amerika lideri onlardan müdafiə xərclərini ÜDM-in 5 faizə çatdırmağı tələb edəcək.

Loading.aZın məlumatına görə, bu barədə TASS Britaniya mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, Tramp son nəticədə bu rəqəmin indiki 2 faizdən 3,5 faizə çatdırılması ilə razılaşa bilər. O, bunu ABŞ-la daha əlverişli ticarət şərtləri təklifi ilə əlaqələndirmək niyyətindədir.

Həmçinin bildirilir ki, Tramp prezident seçkilərində qalib gəlməzdən əvvəl verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 213 205 169 207 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.