cabir

cabir Xəbərlər 22-12-2024, 14:00

"Ciyəraxşamı" dava ilə nəticələndi: Ata və oğlu döyüldü

"Ciyəraxşamı" dava ilə nəticələndi: Ata və oğlu döyüldü
Ucarda dekabrın 20-si gecə saatlarında kütləvi dava olub. Rayonun Bağman kəndində keçirilən "ciyəraxşamı"nda bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Bu zaman dörd nəfər 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülən Ə.Səlimovun sözlərinə görə, toy məclisindən çıxanda oğlunun vurulduğunu görüb: "Onlar içkili idilər. Yəqin özlərini göstərirdilər. Düşmənçiliyimiz də olmayıb. Burnumu sındırıblar, gözümün altını qaraldıblar. Oğlumun da burnuna yumruqla vurublar".( Sun.Az)

Ətraflı Baku TV-nin süjetində:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 231 207 207 207 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.