HASANLY

HASANLY Xəbərlər 23-12-2024, 14:43

Tramp Şimali Amerikanın ən hündür dağının adını dəyişdirməyi planlaşdırır

Tramp Şimali Amerikanın ən hündür dağının adını dəyişdirməyi planlaşdırır
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Şimali Amerikanın hazırda Denali adlanan ən hündür dağının adını dəyişdirmək niyyətində olduğunu bildirib.

Loading.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" nəşri xəbər verib.

Alyaskada eyniadlı milli parkın mərkəzində yerləşən, 6 168 metr hündürlüyü olan dağ qitənin ən yüksək zirvəsidir. XIX əsrin sonunda dağ 1901-ci ildə qətlə yetirilmiş ABŞ-nin 25-ci prezidenti Uilyam Mak-Kinlinin şərəfinə adlandırılıb.

Lakin 2015-ci ilin avqustunda ozamankı ABŞ lideri Barak Obama dağın adını yerli hindlilərin dilində "böyük" mənasını verən Denali ilə əvəz etmək qərarına gəlib.

Donald Tramp öz qərarını şərh edərkən Mak-Kinlini "ABŞ-nin böyük prezidenti" adlandırıb. Onun sözlərinə görə, administrasiya dağa əvvəlki adını qaytaracaq, çünki bu siyasətçi belə şərəfə layiqdir.

"Mak-Kinli ölkəni iqtisadi böhrandan çıxaran və ABŞ-nin dünya arenasındakı mövqeyini gücləndirən görkəmli lider olub", - deyə Tramp vurğulayıb.

Qeyd etmək lazımdır ki, Uilyam Mak-Kinli heç vaxt Alyaskada olmayıb və bu dağla birbaşa əlaqəsi olmayıb. Obamanın Mak-Kinlini Denali ilə əvəz etmək qərarı Alyaskanın yerli sakinləri və ekoloqlar tərəfindən müsbət qarşılanıb, lakin bəzi respublikaçılar, xüsusilə də Mak-Kinlinin doğma ştatı olan Ohayodan olan nümayəndələr tərəfindən tənqid edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 205 161 160 203 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.