HASANLY

HASANLY Xəbərlər 26-12-2024, 13:58

"Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"

"Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"
Braziliyanın "Embraer" təyyarə istehsalçısı şirkəti Aktaudakı təyyarə qəzası ilə əlaqədar açıqlama verib.

Loading.Az xəbər verir ki, şirkət tərəfindən "Sputnik Qazaxıstan"a verilən açıqlamada qeyd olunur ki, şirkət tərəfindən aparılan araşdırma nəticəsində təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir defekt (nöqsan) aşkar edilməyib.

"Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq" - "Embraer"in açıqlamasında bildirilib.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 297 202 221 192 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.