HASANLY

HASANLY Xəbərlər 31-12-2024, 15:56

Bayramda bölgələrə gedənlərin DİQQƏTİNƏ

Bayramda bölgələrə gedənlərin DİQQƏTİNƏ
Qəbələ və İsmayıllıda istirahət etmək istəyənlər məkanı həm bölgədəki gəzməli yerlərə görə həm də maddi vəziyyətlərinə uyğun seçə bilərlər.

Loading.Az ATV-yə istinadən məlumat verir ki, təbiəti və turizm potensialı əlverişli olan Qəbələdə kifayət qədər istirahət məkanı, eləcə də geniş imkanlara malik hotellər var.

Bu hotellərdən birinin nümayəndəsi bildirib ki, artıq yerlərin 90%-i tutulub. Belə ki, bayram günləri qonaqlara konsert proqramı ilə yanaşı fərqli menü təklif ediləcək.

Qiymətlərə gəlincə isə, 2 gecə, 3 gün üçün 2 nəfərlik otaqların qiyməti 960 manat təşkil edir.

İsmayıllı rayonunda yerləşən kotteclərin qiyməti isə ötən illə müqayisədə daha münasibdir.

Belə ki, ötən il bayram günlərində qiymətlər 300 manatdan başlayırdısa, bu il 160-180 AZN təşkil edir.

Ətraflı süjetdə:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 229 207 185 166 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.