cabir

cabir Xəbərlər 1-01-2025, 15:30

FTB ABŞ-nin tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar edib

FTB ABŞ-nin tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar edib
Federal Təhqiqat Bürosunun (FTB) əməliyyatçıları ABŞ-nin Virciniya ştatında ölkə tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar ediblər. Sun.Az bu barədə CBS kanalına istinadən xəbər verir.

Məlumata görə, gizli anbarda 150-dən çox istifadəyə hazır əldəqayırma partlayıcı qurğu tapılıb. "FTB ərazidə 150-dən çox partlayıcı qurğu aşkar edib ki, bu da ilkin qiymətləndirmələrə görə, tarixdə hazır partlayıcı qurğuların ən böyük müsadirəsi olub", - prokurorun məhkəməyə müraciətində qeyd olunub.

Həbs edilən Bred Spafford odlu silahın qanunsuz saxlanılmasına görə tutulub - daha sonra onun Ayl-of-Uayt dairəsindəki fermasında axtarış aparılıb.

Təxminən səkkiz hektar ərazinin yoxlanılması nəticəsində Federal Təhqiqat Bürosunun əməliyyatçıları rekord sayda hazır partlayıcı maddə aşkar ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 217 235 216 184 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.