cabir

cabir Xəbərlər 5-01-2025, 14:30

Nyu-Orleanda terrorçu tərəfindən qoyulmuş daha iki bomba tapıldı

Nyu-Orleanda terrorçu tərəfindən qoyulmuş daha iki bomba tapıldı
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) agentləri Yeni Orleanda terror aktı törədən Şəmsuddin Cabbarın şəhər küçələrində yerləşdirdiyi iki əldəqayırma partlayıcı qurğunu taparaq zərərsizləşdiriblər. Sun.Az -ın verdiyi məlumata görə, bu barədə "The New York Times" xəbər verib.

Bildirilir ki, FTB-nin xüsusi bölməsinin mütəxəssisləri soyuducu konteynerlərdə iki əldəqayırma bomba aşkar ediblər. Partlayıcılar şəhərin məşhur bar və əyləncə küçəsi olan Burbon Stritdə aşkarlanıb. "Hər iki qurğu zərərsizləşdirilib. Bizə müşahidə kameralarının görüntüləri daxil olub və orada Cabbarın hər iki qurğunu tapıldığı yerlərdə yerləşdirdiyi görünür. O, partlayıcı qurğuları aktivləşdirmək üçün ötürücüdən istifadə etməyi planlaşdırıb", - deyə FTB-nin nümayəndəsi bildirib.

Bombaların hansı səbəbdən - Cabbarın ötürücünü aktivləşdirmədiyi üçün, yoxsa qurğunun işləmədiyi üçün partlamadığı hələ məlum deyil.

Hazırda qurğu FTB ekspertləri tərəfindən araşdırılır. Xüsusi xidmət orqanı, həmçinin, bombaların yerləşdirildiyi yerlərdən keçən insanları axtarır, çünki şahidlərdən hər hansı təfərrüatı öyrənməyə ümid edir.

Xatırladaq ki, yanvarın 1-də Cabbarın "Ford" avtomobili Nyu-Orleanın Fransız məhəlləsində küçədə izdihama çırpılıb. Sürücü dayandıqdan sonra maşından düşüb və insanlara atəş açıb. 15 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb. Cinayətkar polis ilə atışma zamanı öldürülüb. Baş verənlər terror aktı kimi qiymətləndirilib. FTB nəqliyyat vasitəsinə baxış keçirib və əldəqayırma partlayıcı qurğu aşkar edib. Maşında, həmçinin, İŞİD terror təşkilatının bayrağı tapılıb.

FTB bildirib ki, Cabbar İŞİD üzvü olub, lakin tək fəaliyyət göstərib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 276 233 193 252 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.