cabir

cabir Xəbərlər 8-01-2025, 08:30

Qızılın içərisindən qum tökülür - İDDİA

Qızılın içərisindən qum tökülür - İDDİA
Qızıl qolbağın içərisindən qum tökülüb. Sun.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil. Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər. Onların sözlərinə görə, qızılın ağırlığı çox olsun deyə nəinki qum, hətta məhsula digər qatqılar da əlavə olunur.

Satıcılar isə alıcılara aldıqları məhsulları yoxlatmağı məsləhət görürlər. Ümumiyyətlə, vətəndaşlara birinci əl malları almaları tövsiyə olunur.

Xatırladaq ki, 2019-cu ilə kimi bu bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Əgər məmulatın üzərində Əyar Palatasının "rombvari" damğası var idisə, deməli, qızıl keyfiyyətli idi. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
230 234 238 174 161 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.