cabir

cabir Məşhurlar 9-01-2025, 22:30

Məşhur aktyorun həyatı haqqında film çəkilir

Məşhur aktyorun həyatı haqqında film çəkilir
Türk kinosu və teatrının ustad adı olan Sadri Alışıkın həyatından bəhs edən film çəkiləcək. Ekran əsərinin çəkilişlərinə yay aylarında start veriləcək. Sun.Az türk mediasına istinadən xəbər verir ki, sənətçinin gülüşlə kədəri özündə birləşdirən həyatından bəhs edən film bu il Sadri Alışıkın anadan olmasının 100-cü ildönümündə ekranlara çıxacaq.

Filmin ssenari müəllifi və rejissoru Özer Feyzioğludur.

Ustad aktyor Sadri Alışıkın türk kino və teatrına verdiyi dəyər, Çolpan İlhan və oğlu Kerem Alışıkla münasibəti, sənət və şəxsi həyatının bilinməyən bütün məqamları filmdə müzakirə olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
311 342 240 235 224 255

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.