Sadri Alışıkın həyatından bəhs edən filmin nümayiş tarixi açıqlanıb
Türk kinosunun ustadlarından olan Sadri Alışık bir çox filmlərdə rol alıb. Sənətçinin həyatından bəhs edən Sadri Alışık - Gülüş və Kədər filminin vizyona girəcəyi tarix açıqlanıb. Sun.Az türk mediasına istinadən xəbər verir ki, rejissorluğu və ssenari müəllifinin Özer Feyzioğlu olduğu film kinosevərlərə 27 noyabrda təqdim ediləcək.
Filmdə Sadri Alışıkın türk kinosuna verdiyi dəyər, sənətçinin böyük sevgisi Çolpan İlhan və oğlu Kerem Alışıkla münasibəti, özəl həyatının bir çox bilinməyən tərəfləri tamaşaçılara təqdim olunacaq.
Sədri Alışıkın 100 illik yubileyi üçün xüsusi olaraq hazırlanan layihə həm onun irsini yaşatacaq, həm də Alışıkın rəngarəng dünyasını yeni nəsillərə tanıtdıracaq.