ice berg

ice berg Mətbəx 15-01-2025, 20:00

"Ağlayan keks" resepti

"Ağlayan keks" resepti
Loading.aZ ağlayan keks adlandırılan islaq keksin reseptini təqdim edir:

Tərkibi:

4 ədəd yumurta
1 stəkan şəkər tozu
1/2 qəhvə fincanı bitki yağı
1/2 stəkan süd
1,5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 çay stəkanı kakao

Üzəri üçün:
2 paket krem-şanti
1 paket hazır şokolad sousu

Hazırlanması:

Yumurta və şəkər tozunu yaxşıca qarışdırın. İçərisinə bitki yağı və süd əlavə edərək qarışdırmağa davam edin. Daha sonra un, kakao, qabartma tozu və vanili əlavə edib qarışdırın. Hazırladığınız keks xəmirini yağlanmış soba qabına tökün və əvvəlcədən 180 dərəcədə isidilmiş sobada bişirin.

Sobadan çıxardığınız keksi 2 stəkan süd ilə isladın. Başqa qabda soyuq süd ilə krem-şantini çırpıb qabarana qədər qarışdırın və soyuducuya qoyun. Bu vaxt keksi soyudun.

Soyumuş keksin üzərinə soyudulmuş krem-şantini sürtün. Paralel olaraq şokolad sousunu hazırlayıb soyumağa qoyun. Soyuyarkən ara-sıra qarışdırın ki, qabıq bağlamasın.

Krem-şantinin üzərinə şokolad sousunu tökün. Dilimləyərək servis edin. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 474 380 467 462 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.