ABŞ terror təşkilatı PKK-nı dəstəklədi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədi Marko Rubio terror təşkilatı PKK-nı dəstəkləməyə davam edəcəklərini açıqlayıb. Sun.Az türk mediasına istinadən xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində özünün təsdiqi dinləmələrində Yaxın Şərqlə bağlı sualları cavablandırarkən İranı İsrailə münasibətinə və regiondakı məqsədlərinə görə tənqid edib, eyni zamanda Tehran hökumətinin hədəflərinin yanlış olduğunu qeyd edib.
Rubio Suriyada İŞİD-ə qarşı birlikdə vuruşduqları terror təşkilatı PKK-ya dəstəyi davam etdirəcəklərini də vurğulayıb.
Rubio Suriyada İŞİD-ə qarşı birlikdə vuruşduqları terror təşkilatı PKK-ya dəstəyi davam etdirəcəklərini də vurğulayıb.






