cabir

cabir Xəbərlər 5-02-2025, 21:30

Keçmiş direktor rüşvət aldığı üçün həbs edilib

Keçmiş direktor rüşvət aldığı üçün həbs edilib
Məktəb direktorlarının rüşvət alması faktı ilə bağlı mətbuatda tez-tez xəbərlər yayılır. Bəziləri məsuliyyətə cəlb edilsə də, digərləri sadəcə işini itirir.
Belə çıxır ki, bu şəxslərin ya vəzifə səlahiyyətlərindən xəbərləri yoxdur, ya da qanunla cavab verə biləcəkləri qaydaların olduğunu unudurlar.
Bu hal bir neçə gün əvvəl Ağsu rayonunda baş verib. Belə ki, Ağsu rayonu, Samid Mikayılov adına Rəhimli kənd tam orta məktəbinin keçmiş direktoru həbs edilib. Keçmiş direktorun məktəbdə qanun pozuntularına yol verdiyi və rüşvət aldığı üçün saxlanıldığı bildirilib.

Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi rüşvət alma, yəni passiv rüşvətxorluq sayılır: "Bu əmələ görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alması 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd etdiyimiz əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda və ya hədə-qorxu tətbiq olunmaqla törədildikdə isə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Burada "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 298 265 271 228 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.