ice berg

ice berg Şeirlər 18-03-2025, 22:00

Unudur hər şeyi, unudur adam

Unudur hər şeyi, unudur adam

Unudur zamanla, unudur adam.
Unudur gözünün işıltısın da,
Özünün, səsinin pıçıltısın da.
Unudur hər şeyi, unudur adam.
🤎📜✨🌹
Gözünü açırsan, zülüm görürsən,
Gözünü yumursan, ölüm görürsən.
Dünyada nələr var, gülüm, görürsən...
Unudur hər şeyi, unudur adam.
🤎📜✨🌹
Anan da, atan da yad olur daha,
Ömrün də, günün də bad olur daha.
Bədən də, kəfəndə şad olur daha...
Unudur hər şeyi, unudur adam.
🤎✨🌹📜
Qiyməti bilinmir söz yazanların,
Haqq deyib haqq ilə düz yazanların.
Yaddaşı silinir biz yazarların...
Unudur hər şeyi, unudur adam.
🌹✨📜🤎
Evinin yolunu itirəcəksən,
Önünə keçmişi gətirəcəksən,
Qayıdıb köksünü ötürəcəksən...
Unudur hər şeyi, unudur adam.

🌹✨• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 281 220 189 226 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.