Sən-Siz Olmur
Mənə tərəf özü gəldi,
Heyif qəlbi daşa döndü,
Dedim, gedək uzaqlaşaq,
O, qayıtdı, başa döndü.
Ağlamadım o, gedəli,
Şeir yazdım ən gözəli,
Mən bu dərdə tək dözəli,
Düşmən də qardaşa döndü.
Çağırsaz da gələn deyil,
Nə çəkir yar, bilən deyil,
Özgə biri dözən deyil,
Kim bildi əyyaşa döndü.
Yenə gördüm səni o gün,
Elə bil ki getmisən dün,
Qızınla gəlmişdin özün,
Yaşsız gözüm yaşa döndü.
*👤🌹Coşqun Həsənzadə*







