cabir

cabir Xəbərlər 28-03-2025, 13:00

Müalicə yan təsirlərə səbəb oldu: Kral III Çarlz xəstəxanaya yerləşdirildi

Müalicə yan təsirlərə səbəb oldu: Kral III Çarlz xəstəxanaya yerləşdirildi

Böyük Britaniyanın Kralı III Çarlz şiş əleyhinə terapiyadan sonra yan təsirlərin yaranması səbəbindən xəstəxanaya yerləşdirilib.    Sun.Az      

-ın verdiyi məlumata görə, bu barədə Bukinqem sarayından bəyan edilib.

Bildirilir ki, buna görə monarxın iştirakının planlaşdırıldığı tədbirləri ləğv etmək lazım gəlib.

"Planlaşdırılmış və davam edən xərçəng müalicəsindən sonra bu gün səhər kralda müvəqqəti yan təsirlər yaranıb. O, xəstəxanaya yerləşdirilib. Buna görə də Əlahəzrətin gündəlik görüşləri təxirə salınıb", - deyə məlumatda vurğulanıb.

Səhhətinin pisləşməsinə baxmayaraq, monarx dövlət vəzifələrini yerinə yetirməyə davam edir.

Qeyd edək ki, artıq bir ildən çoxdur ki, xərçənglə mübarizə aparan 76 yaşlı Britaniya monarxı digər xəstələrə dəstək üçün öz xəstəliyi haqqında maksimum açıq danışmaq niyyətində olduğunu bildirib.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 199 221 174 169 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.