Myanmada güclü zəlzələ: Körpü və bina çökdü, onlarla işçi uçqun altında qaldı
Myanma və Taylandda zəlzələ nəticəsində azı 28 nəfər həlak olub.
Sun.Az bu barədə "The New York Times" nəşrinə istinadla xəbər verir.
Məlumata görə azı 300 nəfər xəsarət alıb. Həmçinin itkin düşənlər var.
Myanmanın Mandalay şəhərində yerləşən "Şve Pho Şeyn" məscidi ölkədə baş verən güclü zəlzələlər nəticəsində tamamilə dağılıb.
Sun.Az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, hadisə zamanı məsciddə Ramazan ayı ilə əlaqədar etikafda olan azı 20 nəfər həyatını itirib.






