Gördüyüm yuxuları, Bir də sənə yozmaram.
Gördüyüm yuxuları,
Bir də sənə yozmaram.
Lap bilsəm ki, ölürəm,
Məlhəmim ovcundadır,
Yenə sənə yazmaram!
Bundan sonra yanmaram,
Sənin sevda oduna.
Heç vaxt layiq olmadın,
Mənim kimi qadına.
Mən sənin həyatında
Al şəfəqli günəşdim.
Sən günəşi sevmədin,
Üşüməyə tələsdin.
Mənə elə dağ çəkdin,
Bir ömür barışmaram
Dağ da dağa rast gələr,
Mənə sənə qovuşmaram...🍃







