Katiya

Katiya Maraqlı 8-04-2025, 20:30

Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir

Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir

Rus mətbəxinin ənənəvi yeməklərindən biri olan "Solyanka" şorbası ekspertlərdən keçərli qiymət almayıb.


Sun.az -a istinadən xəbər verir ki, ukraynalıların və rusların tez-tez istehlak etdikləri, hətta zəngin və qidalı hesab etdikləri şorba əslində bəzi insanlar üçün zəhər hesab edilib.


Mütəxəssislər bildirirlər ki, solyanka şorbasını ət növləri, tərkibindəki çox miqdarda yağ və ədviyyatlar səbəbindən ürək, damar və mədə xəstəlikləri olan insanlar istehlak etməməlidir. Bu ənənəvi yeməyin hətta sağlam insanlar tərəfindən də ölçülü şəkildə istehlak edilməsi tövsiyə edilsə də, yüksək ədviyyatlı olduğuna görə qastrit və ya mədə xorası olanlara heç vaxt tövsiyə edilmir.


Solyanka zeytun, turşu, limon kimi yüksək turşuluqlu turş məhsullarla hazırlandığından mədəaltı vəzi xəstəliyi olanlar üçün də risk yaradır. Bundan əlavə, həddindən artıq istehlak bəzi xroniki xəstəliklərə səbəb ola bilər.


Bu şorba ürək-damar xəstəliklərinə səbəb olsa da, ukraynalılar və ruslar arasında çox məşhurdur və hələ də tez-tez istehlak olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 174 212 207 222 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.