AzizA

AzizA Sağlamlıq 16-04-2025, 13:45

Qızarmış göz qapaqları bu xəstəliyin əlamətidir

Qızarmış göz qapaqları bu xəstəliyin əlamətidir

Göz qapaqlarının davamlı qızarması və şişməsi blefarit adlı xroniki göz xəstəliyinin göstəricisi ola bilər.

Loading.Az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Mutlu Acarın sözlərinə görə, bu xəstəlik göz qapaqlarında yerləşən yağ vəzilərinin funksiyasının pozulması nəticəsində yaranır və vaxtında müalicə olunmazsa, ciddi fəsadlara səbəb ola bilər.

Blefaritin simptomları arasında kirpik dibində qabıqlanma, səhərlər göz qapaqlarının yapışması, qaşınma, yanma və bulanıq görmə yer alır. Prof. Acar erkən diaqnoz və müntəzəm göz qapağı baxımının xəstəliyin idarəsində əsas rol oynadığını vurğulayıb.

Xəstəliyin qarşısını almaq üçün göz gigiyenasına diqqət yetirilməli, göz makiyajı düzgün təmizlənməli və göz həkiminin təyin etdiyi vasitələrdən istifadə olunmalıdır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 195 188 178 196 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.