cabir

cabir Xəbərlər 4-05-2025, 20:00

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR - RƏSMİ

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR - RƏSMİ

"2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun "İçərişəhər" stansiyasının arxasında tikiləcək. Bu, həm bənövşəyi, həm də yaşıl xətdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək".

Bu fikirləri     Sun.Az         

-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda minimum interval dörd dəqiqədirsə, gələcəkdə bu müddət "bənövşəyi" xətdə bir dəqiqəyə, "yaşıl" xətdə isə iki dəqiqə 30 saniyəyə enəcək:

"Sistem və infrastruktur tam yeniləndikdən sonra intervalın daha da qısaldılması mümkündür".

B.Məmmədovun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik deposu tikiləcək:

"Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanacaq. Sözügedən mərhələyə qədər "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda, mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur.

"300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq", - deyə "Bakı Metropoliteni" QSC-nin sözçüsü fikirlərini yekunlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 197 218 230 227 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.