weher uwagi

weher uwagi Maraqlı 8-05-2025, 12:49

Qəribə və nadir heyvanlar - 2

Qəribə və nadir heyvanlar - 2

İkinci onluğa keçid alırıq və inanıram ki, siz də bu heyvanların qəribəliyinə mənim kimi təəccüblənirsiniz. Xoş mütaliələr.

1. Okapi (lat. Okapia johnstoni)

Qəribə və nadir heyvanlar - 2

Bu nadir heyvanlar yox olmaq üzrədir. Meşə zürafəsi, Conston atı, cırtdan zürafə, zebr-zürafə kimi də məşhurdur. İndi Konqonun sıx meşələrində gəzirlər, buz dövrü zamanında bütün Afrika və Avropaya yayılmışdı. Bədənin uzunluğu 2 m, boyu 1,8 m, çəkisi 250 kq-a qədərdir. Ayaq və budlarında zebradakı kimi ağ-qara zolaqlar var. Erkəklərdə balaca buynuzlar var. Dişi okapi erkəkdən nisbətən böyük olur. Okapinin o qədər uzun dili olur ki, göz və qulaqlarının yuya bilir. Yunu çox gözəl, məxmər kimidir, qırmızı-qəhvəyi çalardadır, çox qiymətlidir. İlk diri okapi yalnız 1909-cu ildə tutulmuşdur, heyvanlar çox qorxaqdır, insanlarla qarşılaşmaqdan qaçırlar. Gün ərzində meşə zürafəsi 30 kq-a qədər ot, yarpaq və meyvələr yeyir. Okapilər tək yaşayırlar. Ömürləri təqribən 25-30 ildir.

2. Fossa (lat. Cryptoprocta ferox)

Yırtıcı viverkimilər (lat. Viverridae) cinsinə aid olan bu yeganə nümayəndə yalnız Madaqaskar adasında yaşayır. Madaqaskar şiri və ya puması, vəhşi dələ, madaqaskar yaquarundisi başqa adlarıdır. Bədən ölçüsü 70 sm-ə qədər, eyni uzunluqda da qalın quyruğu var. Sifəti uzunsov, Fossaların ayaqları uzun və güclüdür. Ön ayaqlar arxa ayaqlara nisbətən daha qısadır. Gecə həyatı sürürlər. Həşəratlar, amfibiyalar, xırda heyvanlar və quş yumurtaları ilə qidalanırlar. Yerlillər bu heyvandan çox qorxurlar və onunla qarşılaşmamağa çalışırlar. Araşdırmalara görə fossalar təqribən 16-20 il yaşayırlar.

3. Fenek (lat. Vulpes zerda)

Çöl tülküsü və ya uzunqulaq tülkü kimi də tanınır. Afrikanın şimalında yaşayır, Əlcəzairin milli heyvanıdır. İtlər fəsiləsinin ən kiçiyidir, pişikdən balacadır. Çəkisi 1,5 kq-a qədərdir. Həşəratları səsinə görə tapmaqda və əlavə istilikdən azad olmaqda böyük qulaqları kömək olur. Pəncələrində qalın xəz var ki, bu da onlara isti qumda rahat və sakit yerimə imkanı verir. Gənc feneklər tam ağ olur, yetkinliyə çatanda qum rəngini alır. Ailə klanları ilə yaşayırlar və bir-biri ilə fəal ünsiyyət qururlar. Monoqamdırlar, cütlüklər ömürlük seçilir, biri öləndə yeni ailə qurulmur. Uzunluğu 120 m-ə çata bilən yuvalarda yaşayırlar.

4. Desman

Latınca adı Desmana moschata (rusca Выхухоль) olan bu qəribə canlılar Rusiya və Avropanın bütün orta zolağı boyu yaşayırlar. Rusca olan adının geniş yayılmasına görə bu ad hətta qeyri-adi insani keyfiyyətləri ifadə edən məişət sözünə çevrilmişdir. Quyruğu ilə eyni ölçüdə olan bədən ölüçüsü 22 sm-ə qədərdir, çəkisi təxminən 500 qramdır. Hər şey yeyəndirlər – bitki örtüyü, kiçik balıqlar və şlaklar. RF-nın Qırmızı kitabına salınıb, Avropada demək olar ki, yox olub. Desmanlar kordur, lakin mükəmməl iybilmə və eşitmə qabiliyyətləri var. Kürkü qeyri-adi, məxmər kimidir, hava ilə doludur və islanmaqdan qorunur, buna görə də heyvanda çoxlu parazitlər olur. Populyasiyanın saxlanılması üçün Rusiyanın Voronej vilayətində (1935-ci ildən fəaliyyət göstərən) dövlət təbiət qoruğu yaradıldı, burada artıq 200-ə qədər fərd yaşayır.

5. Qalaqo(lat. Galago)

Afrikada buşbebi adlandırılan primitiv qeyri-adi primatlar yaşburunlar yarımdəstəsinə aid heyvandır. Xeyli vaxt onları dələlərə, pişiklərə, hətta kenquruya aid edirdilər. Lakin sonra ayrı qrupa saldılar. Dörd müxtəlif növü var: somali, şərqi, cənubi və seneqal. Çox da böyük olmayan pişik boydadır. İçərisində yalnız biri, nadir hallarda ikisi sağ qala bilən bir neçə bala dünyaya gətirir. Müxtəlif cür qidalanır: həşəratlar, kiçik sürünənlər, meyvələr, ağac şirələri. 6-9 m məsafadən ağacdan ağaca tullanırlar. Qalaqolar dəliklərdən həşəratları çıxarmaq üçün iti uclu çubuqlardan və qoz-fındıqları sındırmaq üçün daşlardan istifadə edirlər. Kilimancaro dağının yanında Veruveru çayının sahilində Aishi Machame oteli mövcuddur, burada əhliləşdirilmiş qalaqolarla ünsiyyət qurmaq olar. Yeri gəlmişkən, bu heyvanlar ən bahalılardan, lakin ev heyvanı kimi ən rahat olanlardan biridir.

6. Vallabi (lat. Macropodidae)

Bu nadir kisəlilər ağac kenqurusu, kisəli ayı, filander, padelemon, dağ kenqurusu, kisəli dovşan kimi də tanınır. Tasmaniya, Yeni Qvineya və Bismark arxipelaqında yayılblar. Əsasən kolluqlarda və meşələrdə yaşayırlar, lakin açıq yerlərdə və çöllərdə də tapıla bilər. Vallabilər həmçinin, Yeni Zelandiyaya və ən böyük koloniyanın Men adasında (paytaxtı Duqlas) yerləşdiyi Britaniya adalarına gətirilmişdir. Vallabilərin onlarla alt növü mövcuddur, ölçülərinə görə fərqlənirlər. 10 m-ə qədər əla tullanırlar, uzun əyri caynaqları sayəsində ağaclara asanlıqla dırmanırlar. Rasionuna əsasən birki qidaları, giləmeyvə, meyvə və göbələklər daxildir. Vallabi ayı görünüşcə oyuncaq ayı balasına bəzəyir, lakin sərt xasiyyətə malikdir. Sürü həyatı yaşayırlar, dominant erkək və balaları olan bir neçə dişi hərəmi var. Vəhşi dinqo itlərindən qorunmaq üçün hündür ağaclarda yatırlar.

7. Sifaka (lat. Propithecus)

Sifakalar Madaqaskar adasının nadir heyvanlarıdır və yalnız 2004-cü ildə kəşf edilib. Bunlar yarımeymun-yarılemurlardır, onları hələ tüklü indri, verro, diademli lemurlar və propitek (lat. Propithecus) adlandırırlar. Sifakanın boyu yarım metrə yaxındır, quyruğu da eyni uzunluqdadır. Ağacdan yapışmaq üçün böyük barmaqları və uzun əlləri var. Xəzi sıx, açıq-boz, əlləri qəhvəyi, sifəti hamar, qara və tüksüzdür. Dişilər üç ildə 1 dəfə bir bala doğur. Sifakalar hətta belində balası ilə ağacdan ağaca 10 m və daha artıq uçaraq əla tullanırlar. Yerli əhali hesab edir ki, ölənlərin ruhları sifakalara köçür və buna görə də onlara hörmətlə yanaşırlar.

8. Qarışqayeyən (lat. Vermilingua)

Olduqca qəribə olan bu heyvanın üç növü var: böyük qarışqayeyən (çəkisi 40 kq-a qədər), cırtdan qarışqayeyən (çəkisi 400 qrama qədər), Kolumbiya tamanduası və ya dördbarmaqlı qarışqayeyən (çəkisi 4-5 kq). Mərkəzi və Cənubi Amerikada yayılıb. Əsasən gecə həyat tərzi keçirirlər. Dişləri yoxdur, yalnız qarışqa və termitlərlə qadialanır, onları 60 sm-lik çox uzun nazik dili ilə çıxarır. Qarışqayeyən gün ərzində 30 minə qədər həşərat məhv edir. Böyük növ ağaca dırmanmır, tamandua növü qarışıq (yerdə və ağacda) həyat tərzi sürür, cırtdan növ isə həmişə ağacda yaşayır.

9. Manul (lat. Otocolobus manual)

Manul, pişiklər fəsiləsinin ən qeyri-adi yırtıcı məməli heyvanıdır və bir neçə adı var: Pallas pişiyi, vəşhi dağ pişiyi, qəzəbli pişik. Adı Qırmızı kitaba düşən bu canlı dağlarda və çöllük ərazidə yaşayır. Ev pişiyi boydadır, erkəklər daha iridir. Əsasən gəmiricilərlə qidalanırlar, yuvaları dağıdırlar. Onların miyoldaması itin hürməsinə bənzəyir, mırıldaya bilirlər. Manulları əhliləşdirmək çox çətindir, qapalı şəraitdə depressiyaya düşüb aclıqdan ölürlər. Bütün heyvanlar arasında ən sıx kürkə malikdirlər – 1kv.sm-də 9000 tük, hər birinin uzunluğu 7 sm-ə qədərdir. Manulların adı “eybəcər qulaq” kimi tərcümə edilir. Manul pişiyi təxminən 10-12 milyon il əvvəl Yer üzündə ayrı bir növ olaraq ortaya çıxmışdır. Xüsusi təkamül dəyişiklikləri yaşamadan yaşaya bilən qılınc dişli pələngin çağdaşıdır. Ancaq insanlar gizli həyat tərzi yaşayan Manul pişiyi haqqında çox az şey bilir.

10. Otyeyən drakula (lat. Sphaeronycteris toxophyllum)

Bu qəribə yarasalar çox nadir növ olub Amazon çayı ərazisində yaşayırlar. Cənubi Amerikanın həmişəyaşıl tropik meşələrində aşkar edilmişdir. Boliviya, Braziliya, Ekvador, Peru, Venesuela və Kolumbiyada, əsasən And dağlarının şərq yamaclarında rast gəlinir. Qorxunc görünüşü və təsirli adı olsa da, heyvanlar tam günahsızdır, heç kəsin qanını içmir, bitki və meyvələrlə qidalanırlar. Onları ot döyüşçüləri də adlandırırlar. Gecə həyat tərzi keçirir, gündüzlər isə gizlənirlər. Onların demək olar ki, 200 müxtəlif növü mövcuddur. Təkliyi sevirlər, nadir hallarda daimi cütlük halında yaşayırlar. Qanadları cuna kimi çox nazikdir və ağacdan ağaca uçmağa kifayət edir. Yerli sakinlər onları gecə cinlərinin təcəssümü hesab edirlər. Son onillikdə zooloqların əlinə bu növün bir neçə nümayəndəsi düşüb, buna görə də o, indiyədək əz öyrənilən olaraq qalmaqdadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 323 345 359 326 284

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.