ice berg

ice berg Programlar 11-05-2025, 11:00

Durov "WhatsApp"ın hiyləgər planını ifşa etdi

Durov "WhatsApp"ın hiyləgər planını ifşa etdi

"Telegram"ın yaradıcısı Pavel Durov "WhatsApp"ı "Telegram" kanallarında "Telegram"ı tənqid edən şərhləri pulla almaqda ittiham edib. Loading.aZ xəbər verir ki, sübut kimi o, rusdilli kanallardan iki paylaşımın skrinşotlarını da yayımlayıb. Paylaşımlarda "Telegram" mesenceri “fırıldaqçılıq yaymaqda və reklamları qarışdırmaqda” günahlandırılır, "WhatsApp" isə interfeysdə reklam olmadığı və ödənişli abunə olmadığı üçün "yaxşı" kimi göstərilir. "Rəqiblərimiz çarəsizləşib və "Telegram" kanallarında özlərini reklam etməyə başlayıblar. Bundan əvvəl onlar əsasən Qərb mətbuatında sifarişli məqalələr dərc edirdilər. Onlar bizə qarşı yönəldilən marketinq büdcəsinin milyardlarla vəsaitini innovasiyaya xərcləsələr, daha yaxşı olardı", - Durov yazıb.

 

O əlavə edib ki, "Telegram" texnoloji cəhətdən "WhatsApp"ı illərlə qabaqlayır. Onun sözlərinə görə, bu boşluq hər ay artır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 335 297 328 356 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.