Toylarda ifa edilən bəstəkar mahnıları üçün vergi alınacaq
Türkiyədə toylarla bağlı maraqlı qərar qəbul edilib. Sun.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Dövlət Vergi Xidməti toylarda ifa olunan bəstəkar mahnılarına görə müəlliflərə ödəniş edilməsini nəzərdə tutan yeni vergi qanunu qəbul edib.
Yeni qanuna əsasən, açıq havada keçirilən toy məclislərində səslənən musiqilərə görə toy sahibi müəyyən məbləğdə vergi ödəməli olacaq.
Qərar cəmiyyət arasında birmənalı qarşılanmayıb.






