Bu qadağa ərəfəsində evlənənlərin sayı artıb (VİDEO)
Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb. Sun.Az
-ın məlumatına görə, sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirir. Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.
Millət vəkili Mehriban Vəliyeva isə bildirir ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.






