Axşam Bakıda leysan olacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir. Sun.Az
xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.






