amon

amon İdman 16-05-2025, 01:41

Fernando Muslera Türkiyə futbolunun tarixinə düşməyə yaxındır

Fernando Muslera Türkiyə futbolunun tarixinə düşməyə yaxındır

Fernando Muslera "Qalatasaray"ın heyətində Türkiyə futbolunun tarixinə düşməyə yaxındır.

Loading.Az xəbər verir ki, İstanbul təmsilçisi Superliqanın XXXVI turunda, "Kayserispor"la matçda ən azı 1 xal qazanaraq çempionluğunu rəsmiləşdirərsə, uruqvaylı qapıçı Türkiyədə 19-cu kubokunu qazanmış olacaq.

Bununla da "əlcək sahibi" qardaş ölkədə ən çox çempionluq sevinci yaşamış futbolçu kimi tarixə düşəcək.

38 yaşlı oyunçu daha əvvəl 5 dəfə Türkiyə Kuboku, 6 dəfə Superkubok, 7 dəfə isə Superliqanın qalibi olub.

Qeyd edək ki, Muslera hazırda "Qalatasaray"ın sabiq müdafiəçisi Bülent Korkmazla birgə ən çox kubok qazanan iki futbolçudan biridir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 269 242 237 307 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.