ice berg

ice berg Sağlamlıq 16-05-2025, 20:00

Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin

Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin

Uzun və sağlam yaşam üçün bu 4 qida evə alınmamalıdır.

 

Loading.aZ xəbər verir ki, dünyaca məşhur sağlam həyat mütəxəssisi Dan Buettner uzun ömür və sağlam həyat istəyənlərə dörd zərərli qidanı mətbəxdən çıxarmağı tövsiyə edib.

 

O bildirib ki, emal olunmuş ətlər, şəkərli içkilər, cips və çox şirin məhsullar orqanizmə ciddi ziyan vurur və bu qidaların evə daxil edilməməsi sağlamlığın qorunması baxımından vacibdir.

 

Emal olunmuş ətlər bağırsaq xərçəngi riskini artırır. Əvəzində toyuq, hinduşka, yumurta və bitki mənşəli zülallar daha faydalıdır. Şəkərli içkilər və paketlənmiş şirniyyatlar isə piylənmə və şəkərli diabetə səbəb olur. Cips və duzlu qəlyanaltılar ürək və böyrək sağlamlığını təhlükə altına alır. Həddindən artıq şirin qidalar isə dərinin erkən qocalmasına gətirib çıxarır.

 

Mütəxəssis qeyd edib ki, evdə təzə meyvələr və şəkərsiz təbii qəlyanaltılar saxlamaq daha doğru seçimdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 213 206 212 193 209

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.